MBA-da mübarizə aparan “Nyu-York”un prezidenti Stiv Mills istefaya göndərilib.

ABŞ mətbuatının məlumatına görə, bundan sonra kluba “Niks”in baş meneceri Skott Perri nəzarət edəcək. 2017-ci ildən baş menecer kimi fəaliyyət göstərən Perri klub prezidenti olmaq üçün “Nyu York”la 5 illik müqavilə imzalayıb.

Yeri gəlmişkən, bu mövsüm müntəzəm çempionatda keçirdiyi 51 oyunda 15 qələbə qazanan “Niks” Şərq konfransında 13-cü pillədədir.